Dani Kintana “Şerif”lə matçdan danışdı: İnandırıcı görünmür

Dani Kintana “Şerif”lə matçdan danışdı:  İnandırıcı görünmür
16:57 23 İyul 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

"Artıq komanda ilə məşqlərə başlamışam. 2-3 həftə sonra oynayacaq halda olacam. Təbii ki, bunda baş məşqçinin qərarı da önəmlidir".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana deyib.
 
Komandanın fanşopunun açılış mərasimində iştirak edən ispaniyalı futbolçu tədbirdən sonra sualları cavablandırıb.
 
- "Şerif"lə cavab oyununa hazır ola biləcəksinizmi?

- Ola bilsin ki, oynaya bilərəm, ancaq bu, inandırıcı görünmür. Çünki komanda ilə çalışmalara yeni başlamışam.
 
- Uzunmüddətli zədədən sonra özünüzü necə hiss edirsiniz?

- Hər şey yaxşıdı. Uzun müddət zədəli olsam da, özümü yaxşı hiss edirəm. Həkimlər də oynamağıma icazə verirlər.
 
- Qarşıdakı oyunla bağlı nə düşünür?

- "Şerif"in oyunlarını izləməyə başlamışam. Rəqib güclü komandadır, ancaq keçmək şansımız var. Kənardan göründüyü qədər asan rəqib deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR