Güneydə növbəti etiraz dalğası

Güneydə növbəti etiraz dalğası
17:05 23 İyul 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Təbrizin Əmir Kəbir Ticarət Mərkəzində qızıl satan mağazalar əlavə dəyər verginin artırılmasına etiraz olaraq, öz fəaliyyətlərini dayandırıblar.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bazarda təkcə Əmir Kəbir Ticarət Mərkəzindəki qızıl mağazaları bağlanıb, digər mağazalar isə öz fəaliyyətini davam etdirir.

Ötən il də Təbrizdə qızıl mağazalarının sahibləri verginin rejim tərəfindən artırılmasına etiraz olaraq, iş yerlərini bir neçə günlük bağlamışdı.

İran rejiminin valyuta ehtiyatları və gəliri azaldıqca, ölkədə işıq, su, yanacaq və s. kimi məhsulların qiyməti artırılır, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən isə daha çox vergi tələb olunur. Bu məsələ ölkənin bir çox məntəqəsində dəfələrlə kütləvi etirazlara səbəb olub.

Təbrizin qızıl bazarında rejimin bu addımı "vergi zorakılığı" adlandırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/565952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR