Bu idman növünün adı dəyişdirildi

Bu idman növünün adı dəyişdirildi
17:12 23 İyul 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) konqresinin qərarı ilə sinxron üzgüçülüyün adı dəyişdirilərək bədii üzgüçülük adlandırılıb. Səsvermə FINA-nın bu günlərdə su idman növləri üzrə dünya çempionatını qəbul etmiş Budapeştdə keçirilən konqresində olub.

Sinxron üzgüçülüyün adının dəyişdirilməsi ideyasını Beynəlxalq Olimpiya Komitəsi (BOK) idmanın bu növünü inkişaf etdirmək məqsədi ilə irəli sürüb.
Sinxron üzgüçülük ilk dəfə 1984-cü ildə Los-Ancelesdə Olimpiya Oyunları proqramına daxil edilib. 1992-ci ildə Barselonada keçirilən Olimpiya Oyunlarına qədər sinxron üzgüçülük üzrə yarışlar proqramına tək (solo) və cüt çıxışlar daxil olub. Hazırda Olimpiya Oyunlarında duet və qruplar üzrə medallar oynanılır.
Maraqlıdır ki, 2000-ci il Sidney, 2004-cü il Afina, 2008-ci il Pekin, 2012-ci il London, 2016-cı il Rio-de-Janeyro olimpiadalarında sinxron üzgüçülük üzrə bütün qızıl medalları Rusiya təmsilçiləri qazanıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR