Xəzərdə batan 2 nəfər xilas edildi

Xəzərdə batan 2 nəfər xilas edildi
17:33 23 İyul 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:05-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/207227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR