"Qarabağ"dan açıqlama: “Transfer işləri yekunlaşmayıb”

"Qarabağ"dan açıqlama: “Transfer işləri yekunlaşmayıb”
17:37 23 İyul 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl bu gün jurnalistlərə müsahibəsində klubun yaxın vaxtlarda transfer etməyəcəyini bildirib. Bu isə Ağdam klubunun azarkeşlərinin narazılığına səbəb olub.


Qol.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün yenidən “Qarabağ”la əlaqə saxlayıb. Klubun direktoru Əmrah Çəlikəl açıqlamasında Tahir Gözəlin fikirlərinin düzgün başa düşülmədiyini deyib. O, “Qarabağ”ın transfer işlərini yekunlaşdırmadağını bildirib:


“Şerif”lə oyuna qədər transfer gözlənilmir. Tahir bəy də bunu nəzərdə tutub. Hələ ki, reallaşdırdığımız yeni transfer yoxdur. Ancaq axtarışlarımız davam edir. Tahir bəy də istəyir ki, komandaya yeni oyunçular cəlb edilsin. Oyunçuların transferi asan edilmir və müəyyən vaxt tələb edir. Buna görə də tələsik edilecək bir transferin bizə nə qədər xeyri olacağını deyə bilmərik. Bugünkü heyətimiz “Şerif”lə mübarizə apara biləcək gücdədir. Biz baş məşqçimizə və futbolçularımıza inanırıq. Onlar əlindən gələni edəcəklər”.


Bəs hansı mövqelərə transferlər gözlənilir? Əmrah Çəlikəl hələlik bununla bağlı qərar verilmədyini qeyd edib: “Hələ ki, bizim məşqçilər korpusundan mənə bir məlumat gəlməyib. Buna görə də heç nə deyə bilmərəm”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotdan-acqlama-transfer-ilri-yekunlamayb-t59472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR