Audi-nin idman modelləri daha güclü oldu - FOTO

Audi-nin idman modelləri daha güclü oldu - FOTO
18:17 23 İyul 2017
Ölkə mətbuatı
A- A+

Audi-nin idman bölməsində R8 (kupe və rodster) və TT (bütün modifikasiyalar) modellərinin təkmilləşdirilməsi üçün genişmiqyaslı proqram hazırlayıblar. Audi Sport Performance Parts dəsti hər iki avtomobili daha yüngül edir, R8-in aerodinamikası kifayət qədər yaxşılaşır, TT-də isə banın sərtliyi yüksəlir.

Milli.Az auto.az-a istinadən bildirir ki, Audi mühəndisləri modellər üçün iki və ya üç tənzimləməsi olan dayaqlar, o cümlədən 20-düymlük yüngül disklər hazırlayıblar.  TT-də onlar avtomobilin çəkisini 7,2 kq, R8-də isə 8 kq aşağı salır.

Hər iki model üçün aerodinamik karbon komponentlər dəsti, o cümlədən asmanın müxtəlif detallarını və böyük palçıq qoruyucu sifariş etmək olar. R8-də bu dəst 330 km/saatda sıxma gücünü 100 kq artırır (ümumilikdə, 250 kq). Standart modelə nisbətən 150 km/saatda sıxma gücü ikiqat çoxalır (52 kq-dək).

Bununla yanaşı, TT üçün ventilyasiya kəsikləri olan kapot və arxa oturacaqların yerinə gücləndirici əlyetərlidir. Bu, avtomobilin çəkisini 20 kq azaldır və sərtliyi artırır. TTS və TT RS versiyaları üçün Akrapovic şirkətinin çox yüngül səsboğucuları təklif ediləcək. Top TT -də, həmçinin sürət məhdudiyyətini 280 km/saata qədər artırmaq olar.

Audi Sport-da hər iki modelin interyerində də bir qədər dəyişiklik ediblər.  Bu, bəzi stilistik elementlər və alkantara ilə örtülmüş sükandır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/565487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR