Bakıda qəribə hadisə: avtomobilin şüşə tavanını çəngəl-bıçaqla deşdilər

Bakıda qəribə hadisə: avtomobilin şüşə tavanını çəngəl-bıçaqla deşdilər
19:39 23 İyul 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

Bakı sakini avtomobilinə vurulmuş ziyanla bağlı polisə şikayət edib. Lent.az xəbər verir ki, Cəfərov Baloğlan Misir oğlu adlı vətəndaş Xətai polisinə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər ona məxsus “Hyundai” markalı avtomobilin şüşə tavanını mətbəx əşyaları ilə yararsız hala salıb. Şikayətçinin sözlərinə görə, axşam saatlarında avtomobilini Məhəmməd Hadi küçəsi 22/38-ci məhəllə bina 30-un qarşısında saxlayıb. Daha sonra o geri qayıtdıqda maşının şüşə tavanının çəngəl, bıçaq və qaşıq kimi mətbəx əşyaları ilə deşildiyini görüb.

 

B.Cəfərov əlavə edib ki, həmin əşyalar yuxarı mərtəbədən atılıb və maşının lyukunu deşəndən sonra salona düşüb.

 

Müraciət əsasında araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279784

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR