Ağcabədidə pambıq sahələri susuz qalıb - VİDEO

Ağcabədidə pambıq sahələri susuz qalıb - VİDEO
20:12 23 İyul 2017
Ölkə mətbuatı
A- A+

Ağcabədi rayonunun Hüsülü kəndində pambıq sahələri susuz qalıb. Bu da əkinin məhsuldarlıgına təsir edir. Pambıq vaxtında əkilsə də, fermerlər bitkini suvara bilmir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  hektarlarla pambıq əkən kəndlilər ən çox suya ehtiyac olan vaxtda çarəsiz qalıblar.
Kəndlilər bildirir ki, suyun verilməməsi bitkini məhv edir.Yay aylarında normadan artıq kecən isti havalar məhsulu günü-gündən yandırır. Bununla yanaşı, digər əkini də suvara bilməyənlər var.
Məsələ ilə bağlı Ağcabədi rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, təsərrufatçıların şikayəti əsassızdır. Həmin ərazilərə suvarmaq ücün bu günə qədər 3 dəfə su verilib. Ümumiyyətlə, suvarma işi növbə əsasına aparılır. Növbə catanda hamı sudan istifadə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/565973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR