Bu binada 400-ə yaxın ailə 3 ildir liftsiz qalıb - VİDEO

Bu binada 400-ə yaxın ailə 3 ildir liftsiz qalıb - VİDEO
20:17 23 İyul 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi 23 ünvanında yerləşən 9 mərtəbəli binalardan üçünün lifti bir neçə ildir işləmir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, təxminən 300-400 ailənin yaşadığı binanın sakinləri liftin varlığını demək olar ki, unudublar. Lift ya düzəlmir, ya da təmir edildikdən 2-3 saat sonra yenə xarab olur.
Sakinlər deyir ki, uzun müddətdir binadakı liftə əl vurulmur. Amma yanaşı blokların bir neçəsində köhnə, istismarı keçmiş liftlər yeniləri ilə əvəz edilib. 5-ci blokda isə vəziyyət dəyişməz olaraq qalır.
Sakinlər liftin düzəldilməsi üçün dəfələrlə aidiyyati orqanlara müraciət etsələr də, problem öz həllini tapmayıb. Binada yaşayanların sözlərinə görə, onlar lift pulunu hər ay vaxtı-vaxtında ödəyirlər, amma hansısa detalı xarab olanda özləri alıb dəyişdirirlər.
Bakı şəhər Lift İdarəsindən isə bildirdilər ki, sabah həmin əraziyə baxış keçiriləcək və problemin səbəbi araşdırılıdıqdan sonra lazımi işlər görüləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR