Mingəçevir sakini evində 50-dən çox pişik saxlayır - VİDEO

Mingəçevir sakini evində 50-dən çox pişik saxlayır - VİDEO
20:22 23 İyul 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhər sakini Arzu Mahmudova 10 ilə yaxındı ki, müxtəlif növ pişik bəsləyir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, pişiklər həyətdə sərbəst gəzir, istədikləri vaxt bina sakini kimi mənzilə girib-çıxırlar.
Arzu Mahmudovaya Almaniyadan gətirilən 4 pişiyin sayı da illər keçdikcə artıb. İndi ev sahibəsinin bu canlılara marağı şəhərdə olan başqa sahibsiz heyvanları da onun həyətinə toplayıb.
İlbəil pişiklər çoxaldığından onlara baxmaq da çətinləşir. Hazırda 50-dən artıq pişik saxlayan Arzu Mahmudova bu canlılara ayda 40-50 manat yemək almaq üçün pul xərcləyir. Pişiklərin sahibəsi indi onlara həm yemək, həm də vaxt çatdıra bilmədiyini deyir.
O, canlıları küçəyə atmaq fikirində deyil, yalnız heyvan sığınacağı olarsa ora təhvil vermək fikrindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR