Sumqayıtda güclü yanğın: 8 ailə çətin durumda - VİDEO

Sumqayıtda güclü yanğın: 8 ailə çətin durumda - VİDEO
20:22 23 İyul 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda bir-birinə bitişik 8 ailənin yaşadığı mənzillər yanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə şəhərin Kotec qəsəbəsi, 20-ci məhəllə, Maksim Qorki küçəsində qeydə alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ev sahiblərinə külli miqdarda ziyan dəyib. Zərərçəkənlər evlərindən yalnız əşyalarının bir hissəsini çıxarmağa müvəffəq olublar. Yanğının söndürülməsi üçün 5 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Hadisə zamanı mənzildə qalan şəxslər tüstüdən boğulmaqdan son anda xilas ediliblər. Yanğının baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR