Şıxov çimərliyində iyrənc olay – TURİSTİ PALTARSIZ QOYDULAR

Şıxov çimərliyində iyrənc olay – TURİSTİ PALTARSIZ QOYDULAR
20:29 23 İyul 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda çimərlikdə turistin əşyaları oğurlanıb. Lent.az xəbər verir ki, Şıxov qəsəbəsi, Salyan şosesi 32 ünvanındakı çimərlikdə Əfqanıstandan olan turist, 1972-ci il təvəllüdlü Məhəmmədi Məhəmmədəşrəf Məhəmmədəkrəm oğlunun iki telefonu və paltarları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Çıxılmaz vəziyyətdə qalan turist çimərlikdəki digər şəxslərin köməkliyi ilə paltarla təmin olunub və o, daha sonra polis bölməsinə gedərək başına gələnlərlə bağlı şikayət ərizəsi yazıb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279785

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR