Diqqət: Öpüşməyin ağır zərəri var -

Alkoqullu içkilər, kofein və keyfiyyətsiz qida qəbulunun cinsi istəyi azaltdığı məlum idi. Lakin öpüşməyin cinsi zəifliyə yol açdığı ilk dəfədir üzə çıxır.

Metbuat.az-ın məlumatına görə, italiyalı alimlərin son araşdırmasının nəticəsi təəccüb yaradıb. Sən demə səbəbi məlum olmayan sonsuzluqla öpüşmə yoluyla keçən virus arasında əlaqə var.” Ferrera Üniversiteti”nin alimləri səbəbi məlum olmayan sonsuz qadınları müayinə edib.

Bu xanımlardan 43 faizində “Herpes” virusunun növü olan “HHV-6” virusuna rast gəlinib. Həmin xanımlarda sitokinlərin (red-Sitokinlər yumurtaların mayalanması və inkişafında önəmli rol oynayan hüceyrələrin qarşılıqlı təsirini təmin edən proteinlərdir) miqdarı anormal səviyyədə olub.

Qeyd edək ki, “HHV-6” virusu tüpürcək vəzilərində inkişaf edir və öpüşmək zamanı yoluxur.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR