Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək

Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək
21:17 23 İyul 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Qüdsdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iclasın keçirilməsi təşəbbüsü ilə İordaniya çıxış edib.
 
Görüş xarici işlər nazirləri səviyyəsində keçiriləcək.
 
Qeyd edək ki, iyulun 14-də Qüdsdə Əl-Aksa məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, bir polis yaralanıb. İsrail hökuməti bu olaydan sonra Əl-Aksa məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/565983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR