“Həmişə “Milan”ın bir nömrəli fanatı olacam”

“Həmişə “Milan”ın bir nömrəli fanatı olacam”
21:47 23 İyul 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

"Milan"ın sabiq prezidenti Silvio Berluskoni futbola qayıtmaq perspektivi ilə bağlı danışıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Berluskoni bunun real olmadığını bidlirib.
 
O, müasir futbolda investisya üçün küllü miqdarda vəsaitin tələb olduğunu vurğulayıb: "Bu ideya real deyil. Ürəyimin bir hissəsi olan "Milan"ı ona görə satdım ki, müasir futbolda böyük yatırıma ehtiyac var. Yalnız xarici kompaniyalar bu yatırımı edə bilərlər.
 
Bu, cox ağır, amma vacib qərar idi. Ümid edirəm ki, "Milan" yenə də rəqabətədavamlı kluba çevrilə biləcək. Mən isə həmişə "Milan"ın bir nömrəli fanatı olaraq qalacam".
 
Qeyd edək ki, Berluskoni 1986-cı ildən 2017-ci ilə qədər "Milan"ın prezidenti olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/565987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR