Dünya müsəlmanlarının fitva məsələsində ortaq bir məxrəci var?

Dünya müsəlmanlarının fitva məsələsində ortaq bir məxrəci var?
21:52 23 İyul 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Fitva dini və yaxud hüquqi bir məsələdə (məsələyə dair) fikir bildirmək deməkdir. Fitva verənlər (müftilər, axundlar) bir müəllimdirlər. Onlar öz fikirlərini bildirirlər. Onların fikirlərini tutarlı və məntiqli fikir kimi qəbul edənlər bu fikirlərə əsasən əməl edirlər. Qəbul etməyənlər isə başqa bir müftidən soruşub onun verdiyi fitva ilə əməl edirlər.

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, bu kimi məsələlərdə hamının ümumi bir qərara gələcəyini düşünmək düz deyil. Çünki fitva ayə və hədislərdə açıq-aydın bir hökm olmadığı vaxt verilir. Bu halda da bütün alimlərin ortaq bir fikrə gəlməyi qeyri-mümkündür. Alimlərin arasında düzgün fitva verənlər olduğu kimi, səhv fitva verənlər də olur. Müsəlmanın borcu bunları öyrənib araşdırmaqdır. Fitva verənlərdən öz fitvalarını nəyə əsasən veridklərini soruşmaq və bu fitvalardan birini seçmək lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/563541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR