Çində naməlum şəxs qayçı ilə 15 nəfərə xəsarət yetirib

Çində naməlum şəxs qayçı ilə 15 nəfərə xəsarət yetirib
22:12 23 İyul 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyul. REPORT.AZ/ Pekinin Minyun qəzasında qeyri-adekvat kişi əlində qayçı ilə betonqarışdırma stansiyasında insanlara hücum edib.
"Report" xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb.
Kişi hücumdan sonra mikroavtobusla hadisə yerindən qaçmaq istəyib, lakin bu zaman daha 9 şəhərlini vurub, onlardan biri hadisə yerində ölüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-namelum-sexs-qayci-ile-15-nefere-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR