Ermənistanda hərbi hissəni icazəsiz tərk etmiş çavuş asılmış vəziyyətdə tapılıb

Ermənistanda hərbi hissəni icazəsiz tərk etmiş çavuş asılmış vəziyyətdə tapılıb
22:37 23 İyul 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyul. REPORT.AZ/ Ermənistanda kiçik çavuş, müddətli xidmət edən əsgər Vardan Artavazdoviç Melkonyanın meyiti asılmış vəziyyətdə tapılıb.
"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Kədər hissi ilə bildiririk ki, iyulun 23-ü təqribən 06.30 radələrində hərbi hissələrdən birinin yaxınlığında hissəni özbaşına tərk etmiş 1998-ci il təvəllüdlü kiçik çavuş Vardan Artavazdoviç Melkonyanın asılmış meyiti tapılıb. Təhqiqat aparılır", - deyə məlumatda qeyd olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-herbi-hisseni-icazesiz-terk-etmis-cavus-asilmis-veziyyetde-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR