İsrail mövqeyini yumşalda bilər

İsrail Əl-Əqsa məscidi qalmaqalında mövqeyini yumşalda bilər.

Metbuat.az-ın məlumatına görə, yəhudi rəsmilər Əl-Əqsa məscidi kompleksinin girişinə yerləşdirdiyi dəmir detektorları aradan qaldırmasını müzakirə edir.

General-Mayor Yoav Mordeşai müsəlmanların təhlükəsizliyini təmin etmək üçün başqa təkliflər verməyə çağırıb.

Qeyd edək ki, İsrail məscid kompleksinin girişində yeni təhlükəsizlik tədbirlərini, bu ayın əvvəli əl-Əqsa yaxınlığında iki İsrail polisinin qətlindən sonra tətbiq edib. Bu isə fələstinlilərin qəzəbinə səbəb olub.  

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR