Braziliyada silahlı hücuma məruz qalan motosiklet sürücüsü həyatını itirib.
Metbuat.az-ın məlumatına görə, yol ayırıcında avtomobildən enən iki silahlı şəxs gəncə atəş açıb. Sürücü qaçmağa çalışsa da çox uzağa gedə bilməyib.
O aldığı güllə yaraları üzündən həyatını itirib. Hadisənin cinayətkar dəstələr arasında olan ədavətdən qaynaqlandığı irəli sürülüb.
Həmin anlar müşahidə kameraları tərəfindən lentə alınıb.
Sübhan / METBUAT.az