Abşeron çimərliyində 37 yaşlı kişi batıb

Abşeron çimərliyində 37 yaşlı kişi batıb
23:37 23 İyul 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyul. REPORT.AZ/ Axşam saatlarında Abşeron rayonunda 3 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq 2 nəfəri xilas edib, digər 1 nəfərin - 1980-ci təvəlüdlü Səmədov Ruslan Ağahəsən oğlunun cəsədini dənizin sahilindən aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/abseron-cimerliyinde-37-yasli-kisi-batib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR