Almaniyanın ən yaxşı futbolçusu bəlli oldu

Almaniyanın ən yaxşı futbolçusu bəlli oldu
01:49 24 İyul 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyada ötən mövsümün ən yaxşıları bəlli olub. Apasport.az saytının məlumatına görə, “Bavariya”nın heyətində ötən mövsüm karyerasını başa vuran Filipp Lam Almaniyada ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

 

“Kicker” nəşrində 885 idman jurnalisti arasında keçirilən sorğuda sabiq futbolçu 242 səs toplamaqla hamını qabaqlayıb.

 

Anketdə 192 səslə “Real”dan Toni Kroos 2-ci, 120 səs yığan “Borussiya”nın qabonlu forvardı Pyer-Emerik Obameyanq isə 3-cü olub.

 

İlin ən yaxşı baş məşqçisi "Hoffenhaym"ın 30 yaşlı çalışdırıcısı Yulian Naqelsman seçilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR