Şabranda müəllim maşını aşırıb, 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb

Şabranda müəllim maşını aşırıb, 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb
04:32 24 İyul 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyul. REPORT.AZ/ Şabran rayonunun Gəndob inzibati ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un xəbərinə görə, qəza "Mercedes" markalı avtomobilin ön təkərinin qəfil qırılaraq sıradan çıxması nəticəsində qeydə alınıb.
Bu zaman sürücü Ramiz Quliyev idarəetməni itirərək maşını aşırıb. Avtomobildə olan sərnişinlər - 1972-ci il təvəllüdlü Quliyeva Fatma Abbas qızı, 1993-cü il təvəllüdlü Şirəliyeva Günel Ramiz qızı, 2008-ci il təvəllüdlü Quliyeva Mina Ramiz qızı, 2014-cü il təvəllüdlü Şirəliyev Babək Elçin oğlu və 2015-ci il təvəllüdlü Şirəliyev Əli Elçin oğlu ağır xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Sürücü R.Quliyev Tibb Universitetinin müəllimidir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabranda-minik-avtomobili-asib-3-u-usaq-olmaqla-5-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR