Yol qəzasında 4 nəfər xəsarət alıb

Yol qəzasında 4 nəfər xəsarət alıb
08:12 24 İyul 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafada yol qəzasında 4 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Vurğun qəsəbəsində toqquşan iki avtomobildən birində Ağstafa şəhər sakini, 1956-cı il təvəllüdlü Hüseynov Valeh, onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Qasımova Rahilə və oğlu 1983-cü il təvəllüdlü Hüseynov Fərid olub.

Digər avtomobildə isə rayonun Həsənsu kənd sakini 1985-ci il təvəllüdlü Allahverdiyev Şakir olub.
 
Yaralılar Ağstafa rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/566018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR