Bakıda qayınana kürəkənini bıçaqlayıb

Bakıda qayınana kürəkənini bıçaqlayıb
08:22 24 İyul 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyul. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, Südçülük Sovxozu kimi tanınan ərazidə yaşayan 1976-ci il təvəllüdlü Hüseynov Telman Telman oğlu ikinci həyat yoldaşının anası ilə ailə məişət zəminində mübahisə edib.
Bu zaman qayınana T.Hüseynova iki bıçaq zərbəsi vurub. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-qayinana-kurekenini-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR