Rusiyada içərisində azərbaycanlıların da olduğu mikroavtobus aşıb: 2 ölü, 4 yaralı

Rusiyada içərisində azərbaycanlıların da olduğu mikroavtobus aşıb: 2 ölü, 4 yaralı
08:22 24 İyul 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Stavropol əyalətində baş verən yol qəzasında 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə iyulun 22-si Budennovski rayonunda baş verib.

Stavropol istiqamətində hərəkətdə olan mikroavtobusun yolda təkəri buraxıb və sürücü idarəetməni itirərək avtobusu yol kənarına çıxarıb və o, aşıb.

Yol qəzası nəticəsində xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Mikroavtobusda rusiyalılardan savayı daha iki Azərbaycan vətəndaşı, həmçinin sürücü özü azərbaycanlı olub.

Polisin məlumatına görə, sürücü indiyə kimi yol hərəkəti qaydalarını pozduğuna görə məsuliyyətə cəlb olunmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/566021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR