Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb - YENİLƏNİB

Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb - YENİLƏNİB
08:42 24 İyul 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

08:39

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Hadisə ölkənin tanınmış siyasətçilərindən biri, Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.

---------

07:31
 
Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze özünü  partladıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, partlayış Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.

Hadisə nəticəsində azı 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
 
Qeyd edək ki, hazırda Əfqanıstanda baş nazir postu mövcud deyil. 2014-cü il prezident seçkilərindən sonra Milli Birlik Hökuməti təşkil edilib. Məhəmməd Əşrəf Qani ölkə prezidenti, Abdulla Abdulla isə icra rəisi vəzifəsini tutub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR