Qəbul imtahanında iştirak edə bilməyənlər üçün yeni tarix müəyyənləşdirilib

Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edə bilməyən abituriyentlər üçün qəbul imtahanının keçirilmə tarixi müəyyənləşdirilib.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və məlum hadisə ilə bağlı təxliyyə edilən abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək.

Məlumata görə, həmin abituriyentlər üçün “imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

Bakıda taksilərin qiyməti qalxdı - SON DƏQİQƏ! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR