"Azər-Türk Bank"ın məcmu kapitalının adekvatlığı 40%-i ötüb

"Azər-Türk Bank"ın məcmu kapitalının adekvatlığı 40%-i ötüb
10:17 24 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyul. REPORT.AZ/ Cari il iyulun 1-nə "Azər-Türk Bank" ASC-nin aktivləri 311,623 mln. manat səviyyəsində olub. Kredit portfelinin həcmi 126,7 mln. manat təşkil edib. 
"Report" bu barədə Bankın mətbuat xidmətinə istinadən xəbər verir. 
Bankın depozit potfeli 206,3 mln. manat həcmindədir. 
İlk yarımillikdə ümumi gəlirlər 12,544 mln. manat, xərclər 11,1 mln. manat təşkil edib, bankın xalis mənfəəti 1,43 mln. manatdan çox olub. "Azər-Türk Bank"ın nizamnamə kapitalı 50 mln. manat səviyyəsindədir.
Bankın məcmu kapitalı (tutulmalardan sonra) 54,811 mln. manat, məcmu kapitalın adekvatlıq əmsalı 40,84% təşkil edib.
Qeyd edək ki, “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azer-turk-bank-in-mecmu-kapitalinin-adekvatligi-40-i-otub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR