Toyunda 4 gəlinlik dəyişən Natavan Həbibi: “Mən sizə salam verəndə...”

Toyunda 4 gəlinlik dəyişən Natavan Həbibi: “Mən sizə salam verəndə...”
10:18 24 İyul 2017
138 Şou
Ölkə mətbuatı
A- A+

Toyunda 4 gəlinlik libası dəyişən Natavan Həbibi onu tənqid edənlərə kəskin cavab verib.

Publika.az xəbər verir ki, keçən həftə reper Səid (Dado) Əliyevlə təmtəraqlı şəkildə evlənən müğənni toydan onun haqqında səsləndirilən fikirlərə münasibət bildirib:

“Mən sizə salam verəndə, cavab olaraq sadəcə salam verin. Hörmət əlaməti olaraq “şərh” bölməsini bağlamıram. Amma bu, o demək deyil ki, burda olan bəzi “dünya moda sənayesinin münsifləri” öz tənqidi fikirlərini bildirməyə başlamalıdır. Bilə-bilə ki, danışdıqları neqativ sözlər heç kimə maraqlı deyil. Sizi heç nə narahat eləməsin. Hər halda biz də az-çox bilirik, nə var, nə yox. Son zamanlar nədənsə sosial şəbəkələrdə aqressiv şərhlər yaman çoxalıb. Məncə, bu, heç kimə xeyir gətirməz. Mehriban, anlayışlı olaq, bir az dünyagörüşümüzü inkişaf etdirək. Öz həyatımızla məşğul olaq. Onda kimisə müzakirə etməyə vaxtımız qalmaz. Hamınıza gözəl həyat arzulayıram. O qədər gözəl olsun ki, başqasının həyatı yadınıza düşməsin. Sevin və sevilin...”.

Xatırladaq ki, 36 yaşlı sənətçi Natavan Həbibi ötən həftə özündən 6 yaş kiçik reper Səid Əliyevlə (Dado) ilə ailə qurub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/207269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR