Bərdədə kişi arvadını və övladlarını yatan yerdə çəkiclə vurdu, onlardan biri öldü

Bərdədə kişi arvadını və övladlarını yatan yerdə çəkiclə vurdu, onlardan biri öldü
10:37 24 İyul 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, rayon sakini 1968-ci il təvəllüdlü Saday Əliyev arvadı və iki övladını yatan yerdə ağır çəkiclə ("kvalt") vurub.

Nəticədə S.Əliyevin arvadı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyeva ölüb. Onun övladları 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR