"Qarabağ"ın yeni transferi Ağdamın işğalından yazdı - FOTO

"Qarabağ"ın yeni transferi Ağdamın işğalından yazdı - FOTO
10:42 24 İyul 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın yeni transferi Yakub Jezniçak dünən Ağdam rayonunun Ermənistan hərbçiləri tərəfindən işğal olunmasının 24-cü ildönümünə biganə qalmayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, polşalı müdafiəçi özünün "Facebook" hesabından rəhbərlik və bir neçə futbolçu ilə birlikdə ziyarət etdiyi Şəhidlər Xiyabanının şəklini paylaşıb. 31 yaşlı oyunçu şəklin üzərinə isə bu sözləri yazıb: "24 il keçdi... Bu gün "Qarabağ" klubunun doğma məmləkəti olan Ağdamın ermənilər tərəfindən işğal olunduğu gündür".

Qeyd edək ki, Yakub Jezniçak "Qarabağ"a bu yay "Legiya"dan keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR