Yeni sevgili tapan Ebruya keçmiş ərindən xəbərdarlıq: "2 uşaq anası olduğunu unutma" - VİDEO

Yeni sevgili tapan Ebruya keçmiş ərindən xəbərdarlıq: "2 uşaq anası olduğunu unutma" - VİDEO
10:47 24 İyul 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyəli aparıcı-model Ebru Şallıya keçmiş həyat yoldaşı Harun Tandan xəbərdarlıq gəlib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Harun Tan Ebruya: "Özəl həyatına qarışa bilmərəm. İstədiyin kimi yaşa. Amma 2 uşaq anası olduğunu unutma" , - deyərək hərəkətlərinə diqqət etməyə çağırıb.

Tan Ebrunun yeni sevgilisi Uğur Akkuşla yayılan sərbəst hərəkətlərini əks etdirən kadrlardan narahatlığını bu sözlərlə tamamlayıb: "Uşaqların olduğunu unutma. Hər şeydən əvvəl onları düşünmək məcburiyyətindəsən. Yaşadığın əlaqənin oğlanlarıma zərər verməsinə əsla göz yummayacam."

Qeyd edək ki, model Ebru Şallının yeni sevgilisi Uğur Akkuşun evli, 2 uşaq atası olduğu, həyat yoldaşının daha isə hamilə olduğu ortaya çıxmışdı. 

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Özünə yeni sevgili tapan Ebruya keçmiş ərindən xəbərdarlıq:


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR