Daha bir müğənnimiz Cennifer Lopezin libasından geyindi - VİDEO

Daha bir müğənnimiz Cennifer Lopezin libasından geyindi - VİDEO
11:14 24 İyul 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Sevda Yahyayeva yeni fotosessiyasının kadrarxası görüntülərini yayımlayıb.
 
Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, lakin fotosessiyada diqqətçəkən məqamlardan biri Sevdanın imicinin dünya ulduzu Cennifer Lopezin son obrazından götürülməsidir.
 
Müğənni bu yaxınlarda "Ni Tu Ni Yo" mahnısını təqdim edən Cey Lonun klipdəki libasının bənzərindən geyinib. Bu məqam sosial media istifadəçilərinin diqqətindən yayınmayıb.
 
Qeyd edək ki, S.Yahyayevanın imicini Anar Ağakişiyev, libası isə modelyer Fikrət Əliyev hazırlayıb. 
 
Xatırladaq ki, bir müddət əvvəl müğənni Xatirə İslam da Cennifer Lopezin geyindiyi libasın bənzərindən geyinmiş, sosial mediada tənqid olunmuşdu.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279835

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR