Samiraldo OD PÜSKÜRDÜ: "Tüpürüm sənin..." - VİDEO

Samiraldo OD PÜSKÜRDÜ: "Tüpürüm sənin..." - VİDEO
12:03 24 İyul 2017
114 Şou
Ölkə mətbuatı
A- A+

Hər zaman özünəməxsus rəngarəng dəstləri ilə seçilən stilist Samiraldo onun həyat tərzini qınayanlara cavab verib.

Publika.az xəbər verir ki, tanınmış stilist sosial şəbəkədə bu barədə video paylaşıb. O, çox xoşbəxt olduğunu, həyatından heç nə sarıdan korluq çəkmədiyini etiraf edib:

“Çox xoşbəxtəm ki, evim-eşiyim, işim, maşınım var. Bunların hamısını özüm öz zəhmətim, öz qazandığım pulla almışam, heç kim hədiyyə etməyib. Siz də gedin mənim kimi kasıblara kömək edin. Əgər sən bunları etmirsənsə, əvəzində boş vaxtını Tarqovuda gəzirsənsə, kiminsə anasına və bacısına söz atırsansa, tüpürüm sənin qanacağına və qeyrətinə. Burada durub mənim namus və qeyrətimdən danışırlar. Birinci, gedib özlərinə baxsınlar. Mənə hörmət edən, sevən, görəndə şəkil çəkdirmək istəyən insanlar var. Siz bəyənmirsinizsə, özünüz bilərsiniz. Amma başqalarını məcbur edə bilmərsiniz ki, mənə qarşı çıxsın. Siz kimsiniz ki, mənə diktə edirsiniz? Mən acından öləndə gəlib mənə pul vermişdiniz ki? Məni siz saxlamınız ki, ağıl da öyrədirsiniz? Mən öz yolumdayam, Allahın sevimli bəndəsiyəm. Arzu edirəm ki, siz də Allahın sevimli bəndələri olasınız”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/207284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR