DƏHŞƏTLİ HADİSƏ: azərbaycanlı ailənin 5 üzvü YANARAQ ÖLDÜ

DƏHŞƏTLİ HADİSƏ: azərbaycanlı  ailənin 5 üzvü YANARAQ ÖLDÜ
12:08 24 İyul 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Krasnoyarsk diyarında baş verən yanğında azərbaycanlı ailə məhv olub.

Publika.az-ın Apa-ya istinadən verdiyi məlumatına görə, iyulun 24-də yerli vaxtla saat 01.35-də Suxobuzimsk qəsəbəsinin yaxınlığındakı tikilidə yanğın baş verib.

Yanğın nəticəsində ailənin başçısı üç oğlu və bir qızı ilə birlikdə yanaraq ölüb.

Evin daha bir oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır.

Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədov bildirib ki, yanğın zamanı ölənlərin hamısı azərbaycanlıdır.

Yanğın nəticəsində ailənin başçısı, əslən Tovuz rayonundan olan 37 yaşlı kişi, onun 3, 6 və 10 yaşında üç oğlu, 1 yaşında qızı yanaraq ölüb, 14 yaşında oğlu isə xəstəxanaya yerləşdirilib.

Yanğın baş verən vaxt ana evdə olmayıb.

Hadisənin səbəbləri, ölənlərin və xəsarət alanın kimliyi müəyyənləşdirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/207286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR