Neft yenidən bahalaşacaq?

Dünya birjalarında neft bahalaşmaqdadır.

Metbuat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,15% artaraq 45,84 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar və ya 0,23% artaraq 48,17 dollar olub.

“Neftin qiymətində ciddi artım gözlənilmir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

“Əslində neftin qiymətində çox cüzi bir fərq yaranıb. Son zamanlar qiymətin düşməsi ilə artması bir-birini kompensasiya edir. Məsələn, 5-ci gün neftin qiymətində çox kəskin enmə müşahidə edildi. Bu isə təqribən 3% düşmə demək idi. Avropa birjaları artıq açılıb, fəaliyyətə başlayıb. Axşam isə ABŞ-da birjalar fəaliyyətə başlayacaq. O zaman neftin bu həftəlik qiyməti daha dəqiq müəyyənləşəcək. Neftin qiymətinə həftəlik və aylıq koridorda baxmaq doğrudur. Ciddi qiymət artımının olacağına hesablanmış bəzi görüşlər də özünü doğrultmadı".

Neft yenidən bahalaşdı - SON QİYMƏT-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR