Naxçıvan sakini avtomobili elektrik dirəyinə vurması nəticəsində ölüb

Naxçıvan sakini avtomobili elektrik dirəyinə vurması nəticəsində ölüb
12:22 24 İyul 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyul. REPORT.AZ/ Naxçıvan sakini avtomobil qəzasına düşməsi nəticəsində ölüb.
“Report” DİNə istinadən xəbər verir ki, iyulun 22-də saat 17 radələrində Babək rayonunun Sirab kəndi ərazisində kənd sakini Çərkəz Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə və qaz borusuna vurub. Nəticədə xəstəxanaya yerləşdirilən sərnişini Qurban Alışov orada ölüb.
Faktla bağlı Babək Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/naxcivan-sakini-avtomobili-elektrik-direyine-vurmasi-neticesinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR