Bakıda tanınmış aparıcının oğlunun şirkəti qarət olundu

Bakıda tanınmış aparıcının oğlunun şirkəti qarət olundu
12:37 24 İyul 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış aparıcı, səyyah Azər Qəribin oğlu Şaiqin direktor olduğu şirkət qarət olunub. 

Hadisə iyulun 22-də, gecə saatlarında baş verib.

Oğrular Xətai rayonu ərazisində yerləşən "TNT" kuryer şirkətinin pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq içəri daxil olublar və seyfi yarıblar.

Oğrular müşahidə kameralarının görüntülərini toplayan cihazı aparmaq istəyiblər, lakin əvəzində onun yerinə UPS deyilən stabilizatoru götürüblər.

Oğurluq faktı Xətai rayon Polis İdarəsinin 37-ci bölməsi tərəfindən araşdırılır. 

Milli.Az xəbər verir ki, Şaiq Qərib oxu.az-a açıqlamasında qarətçilərin yalnız pul apardıqlarını bildirdi: "Mən indi xaricdəyəm. Polis araşdırma aparır. Mənə deyilənə görə, şirkətin əmlakına toxunmayıblar, maraqları yalnız pul olub". 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR