"Qarabağ" Çempionlar Liqasında yubiley matçına çıxacaq

"Qarabağ" Çempionlar Liqasında yubiley matçına çıxacaq
12:47 24 İyul 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu Ağdamın "Qarabağ" klubu üçün əlamətdar olacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "köhlən atlar" qitənin ən nüfuzlu klub turnirində yubiley matçına çıxacaq. "Şerif"lə sabahkı görüş Qurban Qurbanovun yetirmələri üçün Çempionlar Liqasında 15-ci olacaq. "Ağ-göylər" bu turnirdə indiyədək 14 matça çıxıb.

2014/15 mövsümündə Çempionlar Liqasında debüt edən "Qarabağ" ilk üç cəhdin hərəsində bir mərhələ adlayıb və 4 oyunla kifayətlənib. Cari mövsümdə də artıq bir raundu arxada qoyan komanda 3-cü görüşünə çıxır. Ağdam klubu əvvəlki 14 matçda 7 dəfə qalib gəlib. Hesabında 5 bərabərlik olan "Qarabağ" yalnız 2 dəfə uduzub. Çempionlar Liqasında 7 oyundu uduzmayan ağdamlılar sonuncu dəfə 2015-ci il iyulun 29-da "Celtic"ə uduzub. Əyalət klubu bu turnirdə 17 qol vurub, 5-ni buraxıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR