Bakıda külək davam edəcək

Bakıda külək davam edəcək
13:09 24 İyul 2017
178 Digər
Ölkə mətbuatı
A- A+

İyulun 25-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacağı gözlənilir. Bakıda gecə 20-24° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

        

Tibbi-meteoroloji proqnoz əsasən, iyulun 27-dək Abşeron yarımadasında  arabir güclənən davamlı xəzri küləyi meteohəssas insanlar üçün müsbət amildir.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gecə və axşam bəzi  şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR