Qəbələ beynəlxalq musiqi festivalı başlayır

Qəbələ beynəlxalq musiqi festivalı başlayır
13:14 24 İyul 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

 
Qəbələ, Azərbaycan – Təbiətin ən gözəl rənglərinin bir-biri ilə ahəngdə olduğu Respublikanın ən əsas turizm regionlarından biri olan Qəbələ şəhəri hər il olduğu kimi bu il də klassik musiqi sevənləri qarşılamağa hazırlaşır. 29 İyul -03 Avqust tarixində Qəbələ konqress mərkəzində Qəbələ Musiqi Festivalı çərçivəsində bir çox ölkələrin kamera və klassik orkestralarının çıxışı baş tutacaqdır. 6 gün davam edəcək musiqi bayramı çərçivəsində hər gün Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrı, İngiltərənin Femusa kamera orkestrı və digər qrupların çıxışları baş tutacaqdır. Festival boyunca Respublikanın ən mühüm sənətkarları Fərhad Bədəlbəyli, Murad Adıgözəl-zadə, Azər Rzazadə, İsfar Sarabski və digərləri ilə yanaşı, Janna Qandelman (İsrail), Mixael Sladkin (ABŞ), Dmitriy Yablonski (ABŞ), Canluicci Sartori (İtaliya), Mojca Zlobko Vajgl (Sloveniya), Nomeda Kazlaus (Litva) və digər ölkələrin tanınmış musiqiçilərinin çıxışları klassik musiqi sevənlər üçün əsl bayram təntənəsi yaşadacaqdır. Dünyaca məşhur musiqiçilər Fərhad Bədəlbəyli və Dmitriy Yablonskinin bədii rəhbərliyi ilə hazırlanmış musiqi proqramı bütün musiqi sevərlərin könlünü oxşayacaqdır. Festivalın həyata keçməsinə birbaşa dəstəyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrı və Gilan Holding göstərir. Festivalın ümumi hissəsi Heydər Əliyev adına Qəbələ Konqress Mərkəzində, açıq səma altında keçirələcəkdir və Qafqaz Dağlarına açılan ən gözəl mənzərə ilə açıq səma altında  konsert proqramı musiqi bayramına daha da rəngarənglik qatacaqdır.
 
 
 
-Qəbələ Musiqi Festivalı Haqqında-
 
2009-ci ildən başlayaraq hər il yay aylarında (İyul-Avqust) Qəbələ şəhəri beynəlxalq musiqi festivalına ev sahibliyi edir. Bu il 9-cusu təşkil olunan bu festival əsasən klassik musiqi sevənlər üçün nəzərdə tutulmuşdur. Lakin bununla  yanaşı konsert proqramına muğam və cazz ifaçıları da öz töhfələrini verirlər. Festivalın Qəbələ şəhərində keçirilməsinə baxmayaraq, festival çərçivəsində Qax və Şəki şəhərlərində də musiqi proqramı həyata keçirilir. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279845

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR