Azərbaycan və Macarıstan XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan və Macarıstan XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər
13:27 24 İyul 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyul. REPORT.AZ/ Macarıstanda rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov macarıstanlı həmkarı Peter Siyarto ilə görüşüb.

"Report"un məlumatına görə, E.Məmmədyarov P.Siyarto ilə görüşü həm təkbətək, həm də geniş tərkibdə keçirib.
Görüşlərdə tərəflər ikitərəfli münasibətlərin inkişaf perspektivləri, ticarət əlaqələrinin genişləndirilməsi, habelə Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin payızında Macarıstana planlaşdırılan səfərinə hazırlığı müzakirə ediblər.




Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-ve-macaristan-xi-n-bascilari-emekdasliq-meselelerini-muzakire-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR