Bakı-Astara yolu inanılmaz durumda - VİDEO

Bakı-Astara yolu inanılmaz durumda - VİDEO
13:42 24 İyul 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsi yararsız hala düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Biləsuvarın girişində tikintisi yarımçıq qalan körpüdən başlayaraq təxminən 6-7 km yol dağılıb. Həmin hissədə sürət həddi 90 km/saat olsa da, maşınlar 10-20 km/saat sürətlə hərəkət edə bilirlər. Yolun bərbad vəziyyətdə olması hərəkəti çətinlədirməklə yanaşı, avtomobillərə də zərər vurur. Eyni zamanda təxminən 10 gün əvvəl çökən Mahmudçala ərazisindəki körpü hələ də təmir edilməyib. Körpüyə alternativ olaraq yaradılan yardımçı yolda kanala doğru sürüşmə baş verib.

Yolun bu vəziyyətə düşməsinə səbəb isə həmin ərazidə tikinti işlərinin aparılmasıdır. Bu işə cəlb edilən ağır tonnajlı yük avtomobillərinin intensiv hərəkəti uzun müddətdir əsaslı təmir olunmayan asfaltın dağılmasına səbəb olub.

"Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli sözügedən sayta açıqlamasında bildirib ki, ilin sonuna kimi dağılan yolun əsaslı təmiri nəzərdə tutulmayıb: "Yolun vəziyyəti ilə bağlı məlumatımız var, yolun saxlanılması üçün cari təmir işləri aparılır. Amma həmin yolun istismar müddəti başa çatıb, onun əsaslı şəkildə yenidən qurulması nəzərə tutulur. Lakin bunun indi edilməsi qənaətbəxş olmaya bilər. Ona görə də bu ilin sonu, gələn ilin əvvəlində yeni yolun tikintisi başa çatdıqdan sonra bu yolun da əsaslı şəkildə yenidən qurulmasına başlanılacaq".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakı-Astara yolu dağılıb


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR