Venqer: "PSG buna görə Neymara maraq göstərməyə başladı"

Venqer: "PSG buna görə Neymara maraq göstərməyə başladı"
14:37 24 İyul 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Arsen Venqer "Arsenal"ın əsas qol silahı Aleksis Sançezin "PSJ" ilə danışıqlar aparmasını təkzib edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəsis Paris klubunun Neymarla maraqlanmasını çilili hücumçunun transferini reallaşdıra bilməməsi ilə əlaqələndirib.

"Düşünmürəm ki, Sançez Parisə gedib. PSG onu transfer edə bilmədiyindən Neymara maraq göstərməyə başladı. Son 3-4 gündə "L`Equipe" oxuyuram. Qəzet Sançezlə bağlı xəbərlərdən Neymara keçib. 3 gün öncə Aleksis haqqında danışırdılar, indisə Neymar diqqət mərkəzindədir. Mən bir neçə dəfə aydın bildirmişəm ki, Sançez satılmır".

Venqer iyulun 22-də verdiyi açıqlamada isə Sançezin "PSJ" rəsmiləri görüşməsini jurnalistlərin uydurması adlandırmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR