İki azyaşlı qardaş dənizdə boğuldu - FOTO

İki azyaşlı qardaş dənizdə boğuldu - FOTO
14:42 24 İyul 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafa sakinləri Xəzər dənizində boğulub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında  Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb.

Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər  ailəsi axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları, 12 yaşlı Zahid və 9 yaşlı Amil  bir qədər uzaqlaşıb.

Övladlarının yoxluğunu hiss edən ata Aqil Əliyev onları axtarmağa başlayıb.

Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar.

Onların sudan  çıxarılan meyitləri bu gün səhər saatlarında doğulduqları Ağstafa rayon  Poylu qəsəbəsinə gətirilib.

Qeyd edək ki, ailə 3 ildir, Novxanı qəsəbəsində kirayədə yaşayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR