"Söyürlər, sakit dururuq" - Təcili yardıma maneə törədənlər cərimələnəcək - VİDEO - FOTO

"Söyürlər, sakit dururuq" - Təcili yardıma maneə törədənlər cərimələnəcək - VİDEO - FOTO
14:42 24 İyul 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhhətimizdə hər hansı bir problem yaşandıqda onlara müraciət edirik. Söhbət təcili tibbi yardım stansiyasından gedir. İlk olaraq məhz onlar bizə təcili yardım göstərirlər.

Milli.Az ARB 24-ə istinadla xəbər verir ki, Mirzakir Əmirov düz 30 ildir təcili tibbi yardım stansiyasında sürücü vəzifəsində çalışır.

Onun sözlərinə görə, təcili yardım xidmətində işləmək çox təhlükəli, ağır, mürəkkəb, eyni zamanda çox maraqlı peşədir.

Mirzakir Əmirov (Sürücü): "Arxadan necə qoşa təpiklə vurmuşdularsa beynim tökülmüşdü az qala. İnan yaxşı ki, bizdə o şüşələr qalındı deyə o bir az mənə kömək oldu. Yoxsa o qoşa təpik kimə dəysə... Olur belə şeylər. Bu yaxınlarda 5-ci mikrorayonda çağırışa gedirəm, maşın saxlayıb yolun ortasında. Deyirəm ay qardaş yol ver də, tələsirik, xəstədi, özü də ürək maşınıdı bu, mütləq biz tez çatmalıyıq. Deyir sən ver dala, mən keçim, sonra sən".

Elməddin Muradlı (Ekspert): "Bizim sürücülərin psixologiyasında belə bir şey yaranıb ki, ancaq polis maşınına yol verirlər. Yol polisi maşınından qorxurlar ki, saxlayıb cərimə yazacaqlar. 10 avtomobildən 8-i isə təcili yardım və FHN maşınlarına yol vermir, buna əməl etmir. Çox biabırçı bir vəziyyətdir".  

Mirzakir Əmirovun bir nömrəli məqsədi həkim personalını təyin olunan məntəqəyə vaxtında çatdırmaqdır. O, yollardakı süni əngəllərdən də söz açdı.

Mirzakir Əmirov (Sürücü): "Maşınlar qabağımızı kəsirlər. İmkan vermirlər ki, keçək. İşığı yandırırıq, biz keçə bilmirik. Sonra da çağırış yerinə çatanda döyüllər də bizi, söyürlər də bizi. Çox elə hadisələrimiz olur. Gedirik çağırış yerinə girə bilmirik içəri. Budanmayan ağaclar var".

Kərim Əliyev də sürücüdür. O, isə bəzi məhəllələrdə düzgün park edilməyən avtomobillərdən, budanmayan ağaclardan və təbii ki, qanunsuz olaraq qoyulan şlaqbaumlardan narazıdır. Sadalanan bu faktlar çox vaxt onların mənzilbaşına vaxtında çatmasına mane olur.

Kərim Əliyev (Sürücü): "Düzdür, xəstə yiyəsi cumur üstümüzə. Birinci elə sürücünün üstünə. Eləsi olur söyür, ona sakit dururuq ki, taktika belədir. Çünki xəstə sağalandan sonra gəlib üzr istəyirlər. O artıq əvəz-əvəz olur. Yəni insandır da, olur belə şeylər".

Elvin Əmrahov (Sürücü): "Onlar hadisə yerinə tələsəndə, sayrışan işıqları yandıranda məcburi olaraq sürücülər ona yol verməlidirlər. Çünki onlar hadisə yerinə tələsirlər".

Telman Həmzəyev (Sürücü): "Nə vaxt ki, təcili yardım işıqlarını yandırıb gedirsə, yol vermək lazımdır

Maraq üçün bildirək ki, qanunvericiliyə əsasən təcili tibbi yardım maşınlarına yol verməyən sürücünu 100 manat cərimə və 3 bal gözləyir. Ancaq bu qanunun tətbiqiylə bağlı müəyyən problemlər var.

Elməddin Muradlı (Ekspert): "Operativ nəqliyyat vasitələrindən yalnız yol polisinin və ya ola bilər PPX-nın xidməti avtomobilində müşahidə kamerası var ki, müşahidə edir hansı avtomobil yol vermədi. Bu da elektron qaydada qeydə alınan inzibati xəta deyil. Buna görə boşluq yaranıb.

İyirmi beş ilə yaxındır ki, biliyini və əməyini bu sahəyə həsr edən stansiyanın çağırışçı-həkimi Kamal Rzayev düşünür ki, bütün bu və digər problemlər tezliklə öz həllini tapacaq. Onun sözlərinə görə, təcili tibbi yardım sahəsində çalışan şəxs güclü savadı olmalıdır. Çünki onlar 5-10 dəqiqə içərisində xəstəyə düzgün diaqnoz qoyaraq vaxtında yardım göstərməlidilər.

Kamal Rzayev (Çağırışçı həkim): "Mən həmişə çağırışda olanda əhali ilə münasibət yaradıram və bildirirəm ki, heç bir həkimin, heç bir tibb briqadasının məqsədi deyil ki, çağırışa gec gəlsin. Bu müəyyən səbəbdən olur. Əsas məqsəd odur ki, xəstəyə vaxtında, düzgün yardım göstərsin. Xəstənin vəziyyəti yaxşılaşsın".

Gəlin onların bu çətin və məsuliyyətli işlərində maneə yaradanlardan deyil, kömək edənlərdən olaq. Unutmayaq ki, qırmızı və ya göy sayrışan işığı olan maşınlardakı şəxslər yaralı və ya xəstə insanlara şəfa vermək üçün tələsirlər.

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/566159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR