Maykl Felps ağ köpək balığı ilə yarışdı - VİDEO

Maykl Felps ağ köpək balığı ilə yarışdı - VİDEO
15:37 24 İyul 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Üzgüçülük üzrə 23 qat olimpiya çempionu Maykl Felps ağ köpək balığına uduzub.

Milli.Az Report-a istinadən xəbər verir ki, "Discovery" telekanalının təşkil etdiyi yarış Cənubi Afrika Respublikasının Keyptaun şəhərində açıq suda baş tutub.

Köpək balığı ilə M.Felps fərdi şəkildə üzüblər. Lakin kompüter qrafiaksının köməyi ilə onların yanaşı yarışdığı görüntüsü təqdim olunub. Dəniz canavarı finişdə qoyulan qida istiqamətində üzüb və nəticədə 100 metrlik məsafəni 36,1 saniyəyə qət edib. Olimpiya çempionu isə ondan 2 saniyə geri qalıb.

Qeyd edək ki, Maykl Felps 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vurub. O, "Su idman növlərinin əfsanəsi. Bütün dövrlərin ən dahisi" mükafatına layiq görülüb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Maykl Felps ağ köpək balığına uduzub

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR