“Qəbələ”də yeni müqavilə

“Qəbələ”də yeni müqavilə
15:57 24 İyul 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

2015-ci ildə “Qəbələ” ilə “Sarar” şirkəti arasında imzalanan ikiillik geyim sponsorluğu müqaviləsi ötən müddət ərzində hər iki tərəf üçün uğurlu olduğu üçün anlaşmanın daha iki il müddətinə uzadılması qərara alınıb. Fanat.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, əldə olunan razılaşdırmaya əsasən, “Sarar” növbəti iki mövsüm ərzində “Qəbələ”nin futbolçu və texniki heyetini yay və qış geyimləri ilə təmin edəcək.

 

Əvəzində isə “Qəbələ”nin ev oyunlarında “Sarar”ın reklam bannerləri yerləşdiriləcək. Şirkətin Azərbaycan nümayəndəsi Məsut Dəmirtaş yeni müqavilə ilə bağlı bu fikriləri səsləndirib: “Qəbələ” iki mövsümdü Avropada layiqli mübarizə aparır. Bu müddət ərzində özümüzü artıq bu uğurun bir parçası hesab edirik ki, bu da “Sarar” olaraq bizi son dərəcə məmnun edir. Ona görə də, əməkdaşlığımızın müddətini daha iki il artırmağa qərar verdik. İnanıram ki, klubla olan münasibətimiz daha uzun müddəti əhatə edəcək”.

 

“Qəbələ” İdman Klubunun Media və Marketinq departamentinin rəhbəri Səməd Nəsibov isə əməkdaşlıqla bağlı fikirlərini bildirərkən: “İki qurum arasında sponsorluq razılığının əldə edilməsi hər zaman çox çətin və əmək tələb edən prosesdi. Ancaq bir sponsorluq əməkdaşlığını növbəti mərhələyə keçirərək artırmaq daha çətindi. “Sarar” kimi qlobal bir brendlə əməkdaşlığımızda bunu bacardığımız üçün çox sevincliyik”, - deyib.

 

Qeyd edək ki, 1944-cü ildə fəaliyyətə başlayan "Sarar" şirkəti keyfiyyətli, dəbə və müxtəlif zövqlərə uyğun məhsulları ilə hazırda 5 qitədə və 51 ölkədə müştərilərinə xidmət göstərən brenddi. İdmana xüsusi diqqət ayıran "Sarar" hazırda Tükiyənin futbol və basketbol milli komandalarının (1996-cı ildən), "Beşiktaş" və "Trabzonspor"un sponsorudu. Bundan başqa 1997-2013 cü illər arasında "Qalatasaray" və "Bursaspor" komandaları "Sarar"la əməkdaşlıq edib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qbld-yeni-muqavil-t59493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR