Elxan Məmmədov: “Eddi İsrafilov milli komandada heç bir məbləğ ödənilmədən oynayacaq”

17:57 8 Yanvar 2015
169 İdman
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 17:54 ]

Bakı – APA. “İlk növbədə qeyd etmək lazımdır ki, uzun müddətdir Eddi İsrafilov ilə danışıqlarımız davam edirdi”.

Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

Bu gün assosiasiyanın inzibati binasında Eddi İsrafilovun anası İradə İsrafilova ilə görüşən baş katib futbolçunun görüşdə iştirak edə bilməməsinə toxunub: “Onları Bakıya dəvət etdik. Təəssüflər olsun ki, Eddi özü klubunun məşqi olduğu üçün gələ bilmədi. Lakin onun anası dəvətimizi qəbul edib 17 illik fasilədən sonra vətəninə qayıtdı”.

 

E.Məmmədov futbolçunun anasının Bakıya xoş xəbərlə gəldiyini vurğulayıb: “İradə xanım Bakıya xoş xəbərlə gəldi və dedi ki, Eddi Prosineçkinin dəvətini gözləyir”.

 

Baş katib hazırda İspaniyanın “Qranada” klubunda çıxış edən futbolçunun bir qədər gec razılıq verməsinə də aydınlıq gətirib: “2012-ci ildən onunla əlaqə saxlayırdıq. Onun valideynləri, meneceri ilə söhbətlərimiz olmuşdu. O zaman Eddinin 19 yaşı var idi və La Liqada oynamırdı. Onun potensialı tam görsənmirdi. Həm bizim, həm onun tərəfindən şübhələr var idi. Həm də o, İspaniya yığmasından da dəvət gözləyirdi”.  

 

E.Məmmədov Eddinin agentinin əvvəlki danışıq zamanı assosiasiyadan pul istəməsinə də toxunub və qeyd edib ki, İsrafilova yığmamızda oynaması üçün heç bir məbləğ ödənilməyəcək: “Əvvəllər onun agenti ilə danışırdıq. O bizdən müəyyən məbləğ istəmişdi. Biz bununla razılaşmadıq. Millidə oynamaq üçün heç bir futbolçuya pul ödəmirik. Yığma klub deyil ki, burda çıxışına görə futbolçuya pul ödənilsin. Son vaxtlar onun anası ilə danışırdıq. Sonda bizim siyasətimizə uyğun olaraq, heç bir məbləğ ödəmədən Eddi millidə oynamağa razılıq verdi”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368451

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR